Külli miqdarda mənimsəmədə təqsirli bilinən Şəadət Bayramov və Gündüz Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Hər iki şəxs barəsində 5 il müddətinə şərti cəza təyin edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham ediliblər.
Gündüz Musayev və Şadət Bayramov “Şurabad Quşçuluq” MMC-nin vəzifəli şəxsləri olub.