6 İyun 2018 10:34
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və onun müavini, 1961-ci il doğumlu Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmə hər iki təqsirləndirilən şəxsin barəsində şərti cəza təyin edib.

Qeyd edək ki, prokuror hər iki təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini, onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini və cəzalarının 2 il sınaq müddəti olmaqla şərti hesab edilməsini təklif etmişdi.

Məhəmməd Vəliyevin və Cavan Əhmədovun Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli biliniblər.

İttihama görə, təqsirləndirilən şəxslər vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə, rüşvət almaqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunurlar.

Onlardan şikayət edən zərərçəkmişlər də veteranlardır.

Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər