6 İyun 2018 12:17
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sevgilisini bıçaqlamaqda təqsirli bilinən 1980-ci il təvəllüdlü Rəna Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, hadisə 2017-ci il iyulun 6-da Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

Rəna Qurbanova qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Sergey İqoryeviçi bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Sergey İqoryeviçin həyatını xilas etmək mümkün olub.

Rəna Qurbanova həbs edilməyib, onun barəsində başqa yerə getməməklə polisin nəzarətinə verilmə tədbiri seçilib.

Hakim bildirib ki, Rəna Qurbanova buğun baş tutan prosesə 45 dəqiqə gec gəlib. Buna görə təqsirləndirilən şəxsə xəbərdarlıq edib. Növbəti iclaslardan birinə gecikəcəyi təqdirdə barəsində həbs qətimkan tədbiri seçiləcəyi deyilib.

Həmçinin prosesdə zərərçəkmiş Sergey İqoryeviç iştirak etməyib.

Rəna Qurbanova hadisədən sonra keçmiş sevgilisi ilə küsülü olduqları üçün onun məhkəmə gəlməməsinin səbəbini bilmədiyini deyib.

Cinayət işi məhkəmə baxışına qəbul edilib və növbəti proses iyunun 12-ə təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər