Ağdaş rayon polis şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxsin saxlanlması üçün əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat Xəxidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağdaş rayon sakinləri Rafail Atakişiyev və Bağdı Mustafayev saxlanılıb.
Polis əməkdaşları rayonun onların Qolqəti və Dəhnəxəlil kəndləri arasında yerləşən meşə sahəsində xüsusi aqrotexniki qaydada əkib-becərdikləri çəkisi 3 kiloqrama yaxın ümumilikdə 24 ədəd çətənə kolunu aşkar edərək götürüblər.