16 İyun 2018 15:10
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iyunun 13-də Quba rayon polis şöbəsinə rayon ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olmaqla oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Kərimov və Məmmədşah Rüstəmov saxlanılıb.

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər, zərərçəkənin evinə gizli yolla girərək oradan ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları və 60 manat nağd pulu götürdüklərini, oğurladıqları qızıl-zinət əşyalarını Sumqayıt şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Aparılan istintaq araşdırmaları zamanı Fərid Kərimovun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, o, 2017-ci ildə həmin ünvandan xalasına məxsus 2000 manat pulu da oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov