Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində naməlum şəxsin kənd sakini Bəhruz Əliyevi bıçaqlayıb.
Teleqraf.com xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Görülmüş tədbirlərlə kənd sakini Rəşad Muradzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.