Gədəbəy rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Gədəbəy rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü İlkin Zeynalov özünü asaraq ölüb. İlkin Zeynalovun asılmış meyitini ailə üzvləri yaşadıqları evin zirzəmisindən tapıblar. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov