Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini, 1994-cü il təvəllüdlü Vüsal Əliyev naməlum şəraitdə bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri görür.
Faktla bağlı cinayət işi başlanıb.