16 Avqust 2014 09:47
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yataqxanada yanğın baş verib.


Hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 31/23-cü məhəllə, ləğv edilən “Bakı Elektroterm” zavodunun yataqxanasında qeydə alınıb.

Ağdam rayonundan məcburi köçkün Sərxan Məmmədova məxsus, ümumi sahəsi 56 kvadrat metr olan mənzildə baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Bununla belə, ev yararsız hala düşüb.


Hadisə zamanı evdə tək olan S. Məmmədov yanıq xəsarətləri alıb.

Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil./apa/


Müəllif:

Oxşar xəbərlər