13 İyul 2018 22:45
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda məktəb direktoru, iki müəllim və 16 şagird qız şagirdə 6 ay təcavüz ediblər.

Teleqraf.com xəbər verir ki, Hindistanın şərqindəki Bihae şəhərindəki məktəbdə 15 yaşlı qızın təcavüzə uğradığını öyrənən məktəb direktoru, iki müəllim və 16 şagird "...yoxsa, xəbəri yayacam" şantajı ilə məktəbliyə 6 ay davamlı şəkildə təcavüz ediblər.

Polis zabiti Anuj Kumar qızın öncə məktəbdən kənarda təcavüzə məruz qaldığını, bunu bilən məktəb yetkililəri və oğlan şagirdlər təcavüzü davam etdirdiklərini bildirib.

15 yaşlı şagird təcavüzlərinə məruz qaldığın kişilərin uzun siyahısını polisə təqdim edib. Siyahıda adları olan şəxslər ittihamları rədd edirlər.

Hindistanda hər gün orta hesabla 100 qız təcavüzə məruz qalır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər