4 Avqust 2018 13:35
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda mağazada oğurluq olub.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 80 manat və geyim əşyaları oğurlanıb.

16-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri Leyla Məmmədova, Samur Uğurluyev və Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılıblar.

Məlum olub ki, Leyla Məmmədova tanışı Samir Uğurluyevlə birlikdə mağazanı qarət etmək üçün yeniyetmədən istifadə ediblər.

Əvvəlcə yeniyetmə həmin mağazanın ərazisində gəzişib və mağaza sahibinin getməsini görəndən sonra Leyla və Samirə xəbər verib. Bundan sonra onlar oğurluq ediblər.

Məlumata görə, oğurluq üstündə tutulan yeniyetmə qaraçıdır.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov