18 Avqust 2014 15:07
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda soyğunçuluq cinayəti baş verib.

Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun F.Əmirov küçəsində qeydə alınıb. Nəməlum şəxs Bakı şəhər sakini Fazilə Orucovaya zor tətbiq edərək içərisində 20 manatı və 2 mobil telefon olan çantasını alaraq hadisə yerindən qaçıb. Naməlum şəxs qadını əvvəlcə döyüb və sonra qarət edib.

39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Zərdab rayon sakini Cümşüd Ağayev tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər