6 Avqust 2018 08:15
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinin (DİN PPX) və ictimai asayişin mühafizəsi rəisi Dilşod Əkrəmov qətlə yetirilib.

Bu haqda ölkənin Baş prokurorluğu məlumat yayıb.

Dilşod Əkrəmovun cəsədi avqustun 4-ü saat təxminən 21:10-da paytaxtda Taras Şevçenko küçəsində yerləşən xidməti kabinetində zorakı ölümün izləri ilə aşkar edilib. O, naməlum şəxs tərəfindən bıçaq zərbəsi ilə öldürülüb. Hadisə yerindən qaçan cinayətkarın axtarışları davam edir.

Daşkənd prokurorluğu Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci hissəsi üzrə (xüsusi qəddarlıqla qəsdən öldürmə) cinayət işini qaldırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər