Bakıda yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən İntizam Yusifov və Pərvanə Rəmixanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə cinayət işi üzrə məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib.
Qapalı prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə verib.
Növbəti proses avqustun 30-da davam edəcək.
İntizam Yusifov və Pərvanə Rəmixanovanın barəsində Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işində yetkinlik yaşına çatmayan 13 qızın adı keçib.