29 Avqust 2018 10:12
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onların apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.

Növbəti proses sentyabrın 11-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Isgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Əbülfəz Bünyatov barəsində olan polis nəzəratətində qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalında həbs edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İttihama görə, Elxan İsgənədovun barəsində həbs qətimkan tədbiri Nardaran hadisələrindən sonra seçilib.

Digər təqsirləndirilən Əbülfəz Bünyatov iflic olub. Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər