Şəki şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisindəki evlərin birindən 5000 manat oğurlanıb.
Ev sahibi oğurluq hadisəsi ilə bağlı polis şöbəsinə müraciət edib. Əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən şəxs müəyyən edilib.
Oğurluğu həmin evə qonaq gəlmiş bir yeniyetmənin törətdiyi məlum olub.
Yeniyetmə həbs edilib. Faktla bağlı cinayət işi başlanıb.