Türkiyənin Ümraniye əyalətindəki marketlərin birində qadına qarşı seksual xarakterli hərəkətlər edən kişi həbs edilib.
Teleqraf.com xəbər verir ki, 27 avqustda polisə şikayət edən Ö.Y, 14 yaşlı qızı S.E-nin Atakənt məhlləsi, Diclə küçəsindəki marketdə alış-veriş edərkən təcavüzə məruz qaldığını bildirib.
Polis marketdəki kameralara baxış keçirib və təcavüzdə şübhəli bilinən A.S saxlanılıb.
Cinsi istismar maddəsi ilə hakim qarşısına çıxarılan A.S-nın barəsində həbs qətimkan tədbiri seçilib.