Gəncə şəhərində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisində naməlum şəxs şəhər sakini Seyfəddin Tağıyevin 125 manat pulunu soyğunçuluq yolu ilə alıb.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Müseyib Qasımov saxlanılıb.