2 Sentyabr 2018 15:30
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qaracalar kəndi ərazisindəki sexlərin birindən alüminiumdan olan 2 ədəd qapı, 2 ədəd pəncərə çərçivəsi və elektrik avadanlığı oğurlanıb.

Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qalaqayın kənd sakini olan bir yeniyetmə saxlanılıb.


Müəllif: Hacı Zeynalov