Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki oyun zallarının birindən 7 ədəd oyun aparatı və müşahidə kamerasının yaddaş qurğusu oğurlanıb.
20-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Anar Məmmədov saxlanılıb.
Məlum olub ki, Anar Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb.