Masallı rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisərayonun Xırmandalı kəndində qeydə alınıb. Kənd sakini Ramal Muradov əmisi oğlanları - 1988-ci il təvəllüdlü Zəbulla Muradov və onun qardaşı Samini bıçaqlayıb.
Hər iki qardaş xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Zəbulla Muradov dünyasını dəyişib.
Ramal Muradov həbs edilib.
Hacı Zeynalov