2 Oktyabr 2018 23:42
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada qeyri-adi cinayət hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Voljs Volqoqrad əyalətində 31 yaşlı kişini avtomobil dayanacağında bərk musiqi qoşduğuna görə güllələyiblər.

Hadisəni qonşu evlərdən birində yaşayan sakin mobil telefona çəkib. 2 nəfər silahlı şəxs yüksək səslə musiqi oxudan avtomobilin yanında dayanmış sürücüyə yaxınlaşaraq ona bir neçə atəş açıblar.

Sürücü qan axmadan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər