28 Aprel 2014 17:08
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan 4 nəfərin məhkəməsi davam edir.

ANS PRESS-in verdiyi məlumata görə, Xaçmaz Rayon Məhkəməsində Anar İbrahimovun sədrliyilə keçirilən məhkəmədə 4 nəfər təqsirləndirilən şəxs, Ramiz Əhmədov, Aslan Hacıməmmədkərimov, obyektin icarədarı Firdovsi İbrahimov və Rəşad Zərbəliyev, onların vəkilləri və dövlət ittihamçıları iştirak edib. Həmçinin məhkəməyə zərərçəkən şəxsin yaxınları da qatılıb.

Məhkəmədə dövlət itithamçısı çıxış edib. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri danışıb.

İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən “Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.

Qeyd edək ki, 2013-cü il iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işə salınıb.

Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.

İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda iş üzrə istintaq davam etdirilir.


Müəllif: