11 Oktyabr 2018 16:20
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 7 il əvvəl qətl törədən gəncin cəzası yenidən ağırlaşdırılır.

Teleqraf.com xəbər verir ki, Füzuli rayon sakini, 1998-cu il təvəllüdlü Seymur Həziyev saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsinə qardaşı ilə birlikdə qayda-qanunu pozub.

Onun yanına görüşə gələn qardaşı Yasin Behbudovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı iki ədəd ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,915 qram olan 383 ədəd güclü təsiredici “Metandienon” həbi və 2 ədəd “Sustanon” adlı şüşə qabda 0,25 qram testesteron efiri aşkar edilib.

Qeyd edək ki, Seymur Həziyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

O, 2011-ci ilin oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 2011-ci il mayın 18-də Binəqədi rayonu, Naxçıvanski küçəsi, 84 ünvanında yerləşən “Qəlyan” çay evinin qarşısında 23 yaşlı Anar Xəlilovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.


Müəllif: Hacı Zeynalov