Belarusda sosial şəbəkələrdə qadın adı ilə özünə səhifələr açaraq kişiləri aldadan şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Moqilevskoy rayonunun 29 yaşlı sakini sosial şəbəkələrdə kişilərlə yazışaraq onları restorana dəvət edib. Yazışmalar zamanı "xanım" kişilərdən 20 rublluq (Təxminən 6 AZN) kontr istəyib. Kontr yükləndikdən sonra "xanım" danışdığı şəxslərlə əlaqələrini dayandırıb.
O, 2015-2018-ci illər ərzində minlərlə kişini eyni plan əsasında aldadıb.
Qeyd edək ki, Belarusda sosial şəbəkələrdə bu kimi dələduzluq halları geniş yayılıb.