14 Noyabr 2018 16:58
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Həsənağa Abiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Həsənağa Abıyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş polisin nəzarətinə qətimkan tədbiri ləğv edilib.

Həsənağa Abiyevin barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub.

İttihama görə, cinayət hadisəsi bu il Novruz bayramından 1 gün sonra baş verib.

Martın 22-də Binəqədi rayonu ərazisində 2000-ci il təvəllüdlü Həsənağa Abıyev tanışı, 1994-cü il təvəllüdlü Əmrah Süleymanovu bıçaqlayıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Hadisədən əvvəl Əmrah Süleymanov Həsənağa Abıyevi Novruz Bayramı ilə bağlı təbrik edib. Həsənağa Abıyev isə yaxınlarından birini itirdiyini, evdə bayramı qeyd etmədiyini bildirib.

Bu zaman Əmrah Süleymanov onu bir daha təbrik edib.

Buna əsəbləşən Həsənağa Abıyev tanışını bıçaqlayıb.


Müəllif: Hacı Zeynalov