Bakının Nəsimi rayonunda soyğunçuluqla məşğul olan yeniyetmələr həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, R.Behbudov küçəsində iki naməlum şəxs Bərdə rayon sakini Zöhrab Hüseynovu döyərək 560 manatını və mobil telefonunu alıblar.
Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Araz Novruzov və 1997-ci il təvəllüdlü Fərid Şəmməmmədov tutulublar.
Hacı Zeynalov