Bakının Suraxanı rayonunda oğurluqla məşğul olan mütəşəkkil dəstənin üzvləri tutulub.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən İbrahim Sultanov, Kamal Kommiyev, Kamran Hasilov, Cavanşir Cəfərov və Neman Feyzullayev tutulublar.
Onlar iyulun 27-nə keçən gecə Qaraçuxur qəsəbəsi Z. Şərifov küçəsində yerləşən, Həmzə Məmmədova məxsus mağazadan, avqustun 11-nə keçən gecə C. Qurbanov küçəsində yerləşən, Fərid Mahmudzadəyə məxsus çay evindən, avqustun 21-də isə Qaraçuxur qəsəbəsində yerləşən, Vidadi Gülməmmədova məxsus kafedən oğurluq ediblər.
Hacı Zeynalov