Dələduzluqda təqsirləndirilən Yardımlı rayon sakini Cahid İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesə təqsirləndirilən şəxsə hökm oxunub.
Cahid İsayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Cahid İsayev Familə Abdullayeva və Mehriban Məmmədovaya qarşı dələduzluq edib.
O, Bakıda həmin şəxslərə yalan vəd verərək, depolardan tibbi ləvazimatlar alıb, apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini deyib.
Qadınlar həmin işin görülməsi müqabilində ona ümumilikdə 95 min manat veriblər.
Lakin Cahid İsayev verdiyi vədə əməl etməyib, həmin aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib.
Cahid İsayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunuv.
Qeyd edək ki, Mehriban Məmmədova Uşaq Nevroloji Xəstəxanasında həkim vəzifəsində çalışır.
Cahid İsayev əvvəllər də məhkum olunub.