Rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 27-nə təyin edilib.
Sərxan Sadıqov “Bakı Metropoliteni” QSC-nin polis əməkdaşı vəzifəsində çalışıb.
O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağını vəd edib.
Lakin sonradan Sərxan Sadıqov verdiyi vədə əməl etməyib.
Ümumilikdə həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib.
Sərxan Sadıqova Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham irəli sürülüb.