25 Avqust 2014 15:08
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda Gürcüstan vətəndaşının avtomobili oğurlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Çevik Polis Alayı və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Divali Aleksandreyə məxsus “Ford” markalı avtomobili aparmış Gürcüstan vətəndaşı Aslan Əhmədov avtomobillə birlikdə saxlanılıb.

Aslan Əhmədov Binəqədi rayon Polis İdarəsinə təhvil verilib.

Hacı Zeynalov


Müəllif: