3 Dekabr 2018 09:50
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Əvəz Əhmədovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 6-na təyin edilib.

Əvəz Əhmədov iki nəfərin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirməkdə təqsirli bilinir.

İstintaq orqanı tərəfindən Əvəz Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər