Daxili İşlər Nazirliyi paytaxda bir ailədə baş verən cinayətlə bağlı rəsmi məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xəzər rayonunun Şağan qəsəbəsində Tərlan Abdullayevin yaşadığı evə gəlmiş qohumu Nahid Qədəşov ailə-məişət münaqişəsi zəminində ona, onun arvadı Ülkərə, oğlu Rəhmana və öz qardaşı Cahidə bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş Ülkər orada ölüb.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qədəşov tutulub.
Hacı Zeynalov