12 Dekabr 2018 12:07
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Ağsu rayon polis şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib.

Dərhal polis əməkdaşları əməliyyat tədbirlərinə başlayıb.

Araşdırmalar zamanı Vüqar Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib.

Məlum olub ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satılıb.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov