27 Dekabr 2018 15:38
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax rayon Baytarlıq İdarəsinin rəisi Vaqif Kərimov və Elçin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirlən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 8-nə təyin edilib.

İttihama görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax rayon Baytarlıq İdarəsinin rəisi Vaqif Kərimov və Elçin Yusifov külli miqdarda mənimsəmədə, səhlənkarlıq və vəzifə saxtakarlığında təqsirli bilinirlər.

Onlar idarənin saxlanılması üçün ayrılan büdcə vəsaitindən 64 min manatı mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər