31 Dekabr 2018 17:21
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnquşetiyada dini xadim İbrahim Belxaroyev maşınında öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Kavkaz uzel” saytı məlumat yayıb. Belxaroyevin “Hunday Solaris” avtomobili Nazranda bu gün naməlum şəxslər tərəfindən atəşə tutulub. Nəticədə 46 yaşlı dini xadim ölüb, onun 28 yaşlı sürücüsü isə yaralanıb. Sürücünün hazırda reanimasiyada olduğu vurğulanıb.

Qeyd edək ki, bu Belxaroyevə qarşı ilk hücum deyil. 2016-cı ildə onun avtomobili naməlum şəxslər tərəfindən yandırılmışdı. 2008-ci ildə isə onun avtomobili partladılmışdı.

Belxaroyev məşhur sufi şeyxi və Şimali Qafqazın XIX-XX əsrdəki ən məşhur dini xadimlərindən olan Batal Hacı Belxaroyevin nəslindəndir. Batal Hacı Belxaroyev sufiyönlü Qadiriyyə təriqətinin Şimali Qafqazdakı ən məşhur nümayəndəsi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər