27 Avqust 2014 14:58
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda mağazalardan oğurluq edilib.

Abşeron rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, oğurluq hadisəsi Fatmayı kəndində qeydə alınıb.

Kənd sakini Mürvət Abbasova məxsus mağazadan pəncərədən girmək yolu ilə 90 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mehdiabad qəsəbə sakini Murad Novruzov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 11-də Namiq Əliyevə məxsus mağazadan 3000 manat oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: