3 Fevral 2019 20:33
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Müge Anlı adlı 17 yaşlı gənc qız canlı yayımda anasının 7 il öncə dayısı tərəfindən qətlə yetirildiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu etirafdan sonra polis Mövlud adlı şəxsi saxlayıb. "Dayı" cinayəti etiraf edib. Bildirib ki, bacısını öldürəndən sonra meyiti zibil torbasına ataraq meşədə basdırıb.

Gənc qız bildirib ki, anası atası ilə tez-tez savaşıb, ayrılıb yenidən birlikdə yaşayıblar. "Anamın əmim ilə münasibətləri olub. Ondan sonra atam onu birdəfəlik tərk edib".

Mövlud isə polisə ifadəsində bacısının evə içkili gəldiyini və bu üzdən onu öldürdüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər