4 Fevral 2019 09:31
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Xakasiya Respublikasında iki il müddətində fermerləri aldadan Azərbaycan vətəndaşı saxlanılıb.

Tvrts.ru portalının verdiyi məlumata görə, onun bir neçə cinayətdə əli olduğu bildirilib.

Məlumatlara görə, Yeni il gecəsi Ust-Abakansk rayonundakı fermalardan birindən naməlum şəraitdə ev heyvanları yoxa çıxıb. Ferma sahibi “ArT-eL” musiqi qrupunun rəhbəri Andrey Aleyev işçlərindən biri tərəfindən qarət edildiyini qeyd edib.

Hadisədən sonra Samir Alışanov gizlənməyə nail olub. A.Aleyev polisə şikayətində bildirib ki, Azərbaycan vətəndaşı bir gecədə ona üç milyon rubldan çox (78 min AZN-dən çox) zərər verib. Ev heyvanları ilə yanaşı, S.Alışanov A.Aleyevin avtomobilini də qaçırıb.

Qaçırılan qoyunlardan 200 başını bir neçə gün sonra tapmaq mümkün olub. S.Alışanov isə bir ay sonra Novokuznetskdə saxlanılıb.

Saxlanılan şəxs əməlini etiraf etməyib.

İstintaqdan bildirilib ki, zərərçəkmişlər siyahısında altı nəfərin adı var. Onlar hamısı fermerdir. Ümumilikdə, həmin şəxslərə beş milyon rubldan çox (130 min AZN-dən çox) zərər dəyib./Oxu.Az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər