12 Fevral 2019 15:14
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

S. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güç yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində calışıb. 2012 -2018-ci illər Rusiya prezidentinin Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər