20 Fevral 2019 12:01
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qeyri-rəsmi yaşadığı qadını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Mahir Qocayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 5-nə təyin olunub.

İttihama görə, hadisə Nərimanov rayonu, Xan Şuşinski küçəsi-63 ünvanda olub.

Həmin ünvanda yaşayan Mahir Qocayev qısqanclıq zəminində sevgilisi, 1994-cü il təvəllüdlü Ülviyyə Allahverdiyevanı bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Ülviyyə Allahverdiyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Məlum olub ki, hadisədən əvvəl Mahir Qocayevlə Ülviyyə Allahverdiyevanın münasibətləri pozulub. Bu səbəbdən onların arasında həmin ünvanda küçədə mübahisə yaranıb. Gənc oğlan mübahisə zəminində Ülviyyə Allahverdiyevaya çoxsaylı bıçaq zərbələri endirib.

Mahir Qocayev daha sonra özünə də bıçaqla zərbələr endirib. O, xəsarətlə xəstəxanaya yerləşdirilib. Cinayət törətdiyi üçün Mahir Qocayev polis nəzarəti altında müalicə alıb.

İstintaq orqanı tərəfindən Mahir Qocayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər