28 Fevral 2019 13:33
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki nəfərin ölümünə səbəb olan qəza törətməkdə təqsirləndirilən Tərlan İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Tərlan İmanov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

İttihama görə, ötən il sentyabrın 28-də Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Tərlan İmanov idarə etdiyi “ZİL-130” markalı avtomobillə Sabunçu rayonunun Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri - 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.

Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Gülü Salmanova və Aygün Məmmədova aldıqları xəsarətlər nəticəsində xəstəxanada ölüblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər