16 Aprel 2019 17:57
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayıtlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il oktyabrın 27-də səhər saatlarında şəhər sakini Səxavət Hüseynovun sağ qabırğanın alt nahiyyəsindən aldığı xəsarətlə Quba rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Bəhram Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, Səxavət Hüseynova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Məlumata görə, hadisə kafedə baş verib. Bəhram Cəfərov kafedə kababçı işləyib, Səxavət Hüseynov isə həmin kafeyə müştəri kimi gəlib.

Hadisə baş verən vaxtı Səxavət Hüseynov stola gələn kababı bəyənməyib. Bu səbəbdən kababçı ilə mübahisə edib. Mübahisə sonda qanlı olayla nəticələnib.

İstintaq orqanı tərəfindən Bəhram Cəfərovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər