Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, aprelin 25-də, saat 12 radələrində Xətai rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etdiyini görərək dərhal ora yaxınlaşıblar.
Bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü polis şöbəsinə təhvil veriblər.
Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Quliyev olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olan tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.