7 Sentyabr 2014 23:45
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba sakini göldə boğulub.


Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun İkinci Nüğədi kənd ərazisində yerləşən süni göldə qeydə alınıb.


FHN-nin qaynar telefon xəttinə daxil olmuş məlumatda bildirilib ki, 1978-ci il təvəllüdlü, Süleymanov Ayaz Səlim oğlu Quba rayonu, İkinci Nüğədi kənd ərazisində yerləşən süni göldə batıb. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

A. Süleymanovun cəsədi batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb.


Müəllif: