8 Sentyabr 2014 09:12
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhlükəsizlik kəmərini bağlamayan sürücü güclü zərbənin təsirindən qapıdan yerə düşüb

Bakıda baş vermiş bu dəhşətli yol qəzasının bir səbəbi var: işıqforun işarələrinə əməl etməmək. Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin Kameraları vasitəsilə qeydə alınan hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində baş verib. Kadrlardan görünür ki, ağ rəngli "VAZ-2107" markalı nəqliyyat vasitəsi sağ tərəfdən Rəşid Behbudov küçəsinə daxil olub və üzü "Təzə bazar" istiqamətə getmək istəyir. Lakin bu anda Rəşid Behbudov küçəsi ilə yüksək sürətlə hərəkət edən boz rəngli minik maşını "07"nin ön tərəfindən vurub onu yerindən oynadır.

Kadrlara diqqətlə baxdıqda görürük ki, "07"nin getdiyi istiqamətdə işıqforun yaşıl işığı yanır. Amma kamera fırlandığı üçün yaşıl işığın sönüb-sönmədiyi görünmür. Bir qədər də diqqət etdikdə isə daha dəşhətli mənzərə ortaya çıxır. Məlum olur ki, "07"ni vuran avtomobil qırmızı işıqdan keçir. Elə onun yanındakı ağ rəngli "Niva" da eyni hərəkəti təkrar edir. Səbəb isə sadədir: onlar avtoşluq edirlər və bir-biri ilə yarışa çıxıblar. Onların sürətlə hərəkət etdiyi və sağdan və soldan ötüb keçməyə çalışdıqları açıq-aydın görünür. Bu da avtoşların törətdiyi daha bir faciə.

Lakin avtosfer.az-ın əldə etdiyi məlumata görə, yol polisləri həmin sürücüləri aşkarlayıb və artıq barələrində müvafiq tədbir də görülüb. Amma gəlin bir məqama diqqət edək! Kadrlardan görünür ki, "07" yerində fırlanır və zərbənin gücündən qapı açılır. Bu anda qəzadan şoka düşən sürücü hərəkətsiz şalda asfaltın üstünə düşüb yerlə sürünür. Bu, onun göstəricisidir ki, həmin sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib. Hər halda, kəməri bağlamış olsaydı, ən azından zərbə ilə asfalta çırpılmazdı. Odur ki, gəlin bu cür qəzalardan sağ çıxmaq, yüngül xəsarətlə qurtulmaq üçün təhlükəsizlik kəmərindən istifadə edək.


Müəllif: