İsmayıllı rayonunda avtomobil ustaları emalatxanalarında heroinlə tutulub.
Teleqraf.com xəbər verir ki, İsmayıllı rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər - əvvəllər məhkum olunmuşlar 44 yaşlı şəhər sakini Mehman Mehdiyev və rayonun Mican kənd sakini, 47 yaşlı Xəyyam Əhmədov saxlanılıb.
Şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.