27 May 2019 18:10
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Elnur Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elnur Kərimov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, "Zaminbank"da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək, banka qarşı 480 min manatlıq dələduzluq edib.

Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq, digər hesablara köçürüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər