9 Sentyabr 2014 09:45
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Binəqədi şossesi 4 ünvanında baş verib. Naməlum şəxs Bakı şəhər sakini Ədalət Qurbanova bıçaq xəsarəti yetirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1955-ci il təvəllüdlü Hüseyn Babayev həbs edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, hadisə pul üstündə baş verib. Hüseyn Babayevin Ədalət Qurbanova pul borcu olub. Ədalət Hüseyn Babayevdən borcunu istəyib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə bıçaqlanma ilə nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: