3 İyul 2019 07:47
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Barselona şəhərində Qətər kralının ailə üzvlərinin mehmanxana otağı qarət edilib.

Teleqraf.com xəbər verir ki, iyunu 29-u baş verən insident zamanı qarətçilər otaqdan 100 min avrodan artıq dəyəri olan zinyət əşyaları və saat oğurlayıblar.

Qeyd edilir ki, qarətçilər mehmanxanada yalnız sözügedən otağı qarət ediblər. Bu səbəbdən polislər hesab edirlər ki, qarətçilərin otaqda qalan şəxslər haqqında məlumatları olub.

Hazırda insidentlər bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər